featured-image-4909

“Çünki onlar başqasına məxsus torpaqları işğal edirlər”

 

“Qərb ölkələri rusların öz ərazilərinə girişini qadağan etməlidir”. Bu sözləri Ukraynanın prezidenti Vladimir Zelenski Amerikanın “The Washington Post” qəzetinə müsahibəsində deyib.

Zelenskinin sözlərinə görə, ən mühüm sanksiyalar sərhədlərin bağlanması ola bilər, çünki ruslar başqasına məxsus torpaqları alırlar: “Ona görə də onlar fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”.
O əlavə edib ki, bu qadağa hətta hakimiyyətin hərəkətlərinə etiraz olaraq ölkəni tərk etmiş Rusiya vətəndaşlarına da şamil edilməlidir. “Rusiyanın bütün əhalisini hesaba çəkmək mümkündür. Çünki Rusiya hökumətini onlar seçib. Amma hökumətlə mübarizə aparmır, mübahisə etmir, üstünə qışqırmır”, – deyə Zelenski fikrini yekunlaşdırıb.

Burda xatırlatmaq yerinə düşər ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Dünyanın əksər ölkələri Rusiyanın bu hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Hətta Rusiyada təşkil olunacaq idman yarışlar təxirə salınıb, ölkənin adı bir çox mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Böyüksherq.az

Bənzər xəbərlər