featured-image-5137

“Moskva Rusiya səfirliyinin əməkdaşının Rumıniyadan qovulmasına “adekvat cavab” verəcək”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rumıniyada Rusiyanın bu ölkədəki diplomatik varlığına hücum davam edir. Bu günlərdə Buxarestdəki səfirliyimizin daha bir əməkdaşı arzuolunmaz şəxs elan edildi. Həmişəki kimi, heç bir səbəb olmadan, uydurma bəhanələrlə”, – deyə o bildirib.

Zaxarova diplomatın ölkədən çıxarılmasını Aİ və NATO ölkələrində artıq tanış olan ssenari üzrə həyata keçirilən “təxribat” kimi qiymətləndirib. Onun fikrincə, bu cür aksiyaların məqsədi “Rumıniyanın Qərb korporativ parametrlərinə maksimum loyallığını” nümayiş etdirməkdir.

“Biz Rumıniya demarşına adekvat cavab verəcəyik, görülən tədbirlər barədə sizə əlavə məlumat verəcəyik”, – deyə o qeyd edib.

 

Mənbə: Gazeta.ru

Bənzər xəbərlər