featured-image-6193

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini bərpa edib.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) məlumat verilib.

“Zaporojye Atom Elektrik Stansiyası Ukraynanın elektrik şəbəkəsinə qoşulub, nəticədə stansiya Ukraynada elektrik enerjisini almağa başlayıb. Bərpa edilmiş 750 kilovoltluq xətt indi Avropanın ən böyük atom elektrik stansiyasını enerji ilə təmin edir”, – MAQATE-nin məlumatında qeyd olunur.

Xatırladaq ki, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası 11 sentyabrdan etibarən fəaliyyətini tamamilə dayandırmışdı.

Mənbə: Unian

Bənzər xəbərlər