featured-image-10397

İtaliya “Yuventus”unun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib.

O bildirib ki, sözügedən funksionerlərlə yanaşı, idarə heyəti də tam tərkibdə vəzifəsindən ayrılıb.

Növbəti aylarda Turin təmsilçisinin yeni strukturunun formalaşdırılacağı vurğulanıb.

Qeyd edək ki, Andrea Anyelli 2010-cu ildən, Pavel Nedved isə 2016-cı ildən “Yuventus”da hazırkı vəzifəni tuturdu.

Bənzər xəbərlər