featured-image-10974

Yunanıstan Azərbaycana yeni səfir təyin edib.

Bu barədə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov “Twitter” hesabında bildirib.

“Bakıda çalışacaq yunanıstanlı həmkarım, səfir cənab Kristos Kapodistriasa can sağlığı və Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələrinin inkişafında uğurlar arzulayıram!”, – o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos olub.

Bənzər xəbərlər