featured-image-8858

Yaponiyada aprel-sentyabr aylarında korporativ müflisləşmələrin sayı son üç ildə ilk dəfə artım göstərərək rekord həddə çatıb.

Belə ki, şirkətlərin iflası halları bir il əvvəlki ilə müqayisədə 6,9% artaraq 3141 olub.

“Tokyo Shoko Research” mərkəzinin sorğusuna görə, müflisləşmələrin çoxalmasının səbəblərindən biri COVID-19 pandemiyası səbəbindən dövlət yardımı almaqdakı çətinliklər olub.

Digər səbəblər isə xammalın yüksək qiymətləri, milli valyutanın ABŞ dollarına nisbətdə zəifləməsi ilə əlaqədardır.

Şirkətlərin müflis olmasından sonra qalan öhdəliklərin ümumi məbləği altı ay ərzində üç dəfə artaraq 1,74 trilyon yen (11,70 milyard dollar) təşkil edib.

Bənzər xəbərlər