featured-image-5881

Oktyabr ayında Yaponiya hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar xaricdən girişə qoyulan mövcud qadağanı tamamilə aradan qaldırmaq niyyətindədir.

Hazırda ölkəyə gündə 50 min nəfər daxil ola bilər.

Bununla belə, baş nazir Fumio Kişidanın administrasiyası biznesin, ilk növbədə turizm sahəsinin maraqlarını nəzərə alaraq, bu qaydanı ləğv etmək niyyətindədir.

Qeyd edək ki, Yaponiya artıq sentyabrın 7-dən etibarən bir sıra giriş məhdudiyyətlərini yüngülləşdirib.

Mənbə: TASS

Bənzər xəbərlər