featured-image-10919

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç 1/8 finalda komandası Yaponiya seçməsini məğlub etdikdən sonra dünya çempionatları tarixinə düşüb.

Livakoviç dünya çempionatında penaltilər seriyasında üç zərbəni dəf edən üçüncü qapıçı olub.

Ondan əvvəl bunu yalnız portuqaliyalı Rikardo 2006-cı ildə İngiltərə yığması ilə oyunda, eləcə də 2018-ci ildə Danimarka ilə görüşdə xorvat Daniel Subaşiç bacarıb.

Qeyd edək ki, dekabrın 5-də Xorvatiya Yaponiyanı məğlub edərək Qətərdə keçirilən dünya çempionatının 1/4 finalına yüksəlib.

Mənbə: lenta.ru

Bənzər xəbərlər