featured-image-6072

“Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq”.

“Boyuksherg” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Rusiya Prezidenti, həmçinin qeyd edib:

“İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir”.

Bənzər xəbərlər