featured-image-11014

Naxçıvan Dövlət Universitetinin (NDU) rəsmi saytında Seymur Talıbovun adı prorektorlar siyahısından çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, saytda universitetin Tədris və Tərbiyə İşləri üzrə və Ümumi İşlər üzrə prorektorlarının adları görünsə də, Beynəlxalq Əlaqələr üzrə prorektor bölməsi boşdur.

Qeyd edək ki, NDU Beynəlxalq Əlaqələr üzrə prorektoru Seymur Talıbovun bir müddət əvvəl vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

O, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğludur.

Naxçıvan Dövlət Universitetinin ümumi şöbəsindən, eləcə də Elm və Təhsil Nazirliyindən saytımıza bildirilib ki, sözügedən məsələ ilə bağlı onlarda heç bir məlumat yoxdur.

 

Bənzər xəbərlər