featured-image-11140

Xankəndinin fəthinə mane olan səbəb: Rusiyaya məxsus helikopterin vurulması və yaxud Naxçıvan xanının xəyanəti

 

II YAZI

Heç bir çərçivəyə sığmayan, mənəvi-əxlaqi dəyərlərdən məhrum istənilən tiranın həyat tarixçəsini araşdırsan, onun uzaq uşaqlıq keçmişində mütləq bir “əmma” ilə qarşılaşacaqsan. İosif Stalin, Adolf Hitler, Səddam Hüseyn, Xorxe Rafael Videla və s. – bütün bu adı çəkilən və o qəbildən olan digər diktatorlar əllərində olan imkan və səlahiyyətdən ilk növbədə cəza mexanizmi kimi istifadə edərək, əsil terror əsdirmişlər. Ancaq bu adamların hər biri yüksək idarəçilik qabiliyyəti və lider keyfiyyətlərə sahib olduqlarına görə, ətrafını və bütövlükdə xalqı qorxu ilə yanaşı, həm də sevgi və şəfqətlə öz tərəfinə çəkə bilmişdir. Məsələn, II Dünya savaşında əksəriyyət sovet vətəndaşı belinə qumbara bağlayıb, düşünmədən “За Родину! За Сталина!” şüarı qışqıraraq, özünü düşmən tankı altına ata bilərdi. Stalin bu xalqın sevgisini təkcə qorxu mühiti yaratmaqla qazanmamışdı, ona qarşı səmimi sevgi hissi də vardı. Amma tarixdə elə diktatorlar, tiranlar da olub ki, sahib olduqları güc və imkanlarını itirdikdən sonra yalnız lənətlə yad edilmişlər. Bax, həmin bu tiranların həyat tarixçəsinin başlanğıcında mütləq bir hadisə baş verib və bu hadisə onların sonrakı taleyində də mühüm rol oynayıb. Belə tiranlardan biri, bəlkə də birincisi Kampuçiya qırmızı kxmerlərinin lideri, sonradan 3 il ölkə başçısı postunu tutmuş məşhur Pol Potdur…

 

media-pol-pot-and-friends

Hakimiyyətdə olduğu 3 il müddətində Kampuçiya əhalisinin hər 4 nəfərindən biri Pol Pot rejimi tərəfindən öldürüldü. Daha 1,5 milyon nəfər bu qorxunc rejimin yürütdüyü irtica siyasətinin yol açdığı aclıq və səfalətdən məhv oldu. 3 il ərzində ölkə nüfusu yarı-yarıya azaldı, Kampuçiya dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qaldı. Sual oluna bilər: nədən, hansı səbəbdən Pol Pot öz xalqına qənim kəsilmiş, onu məhv etməyi qarşısına məqsəd qoymuşdu? Bu sualın çox sadə və əslində qəribə bir cavabı var: Pol Potun Kampuçuya xalqına qarşı soyqırım siyasətinin kökündə duran səbəb onun uşaqlıq vaxtı yaşadığı mənəvi travma ilə bağlıdı, 7 yaşında çayda çimərkən özündən yaşca böyük bir neçə nəfər tərəfindən cinsəl zorakılığa məruz qalıb! Təsəvvür edirsiniz, bu hadisənin təsiri ilə Pol Pot 3,5 milyon kampuçiyalının həyatına son qoydu…

***

Qayıdaq mövzumuza – Vasif Talıbov məsələsinə…

Eşitdiyimə görə, Vasif Talıbov tez-tez yaxın çevrəsinə Stalin və Səddam Hüseyn barədə məlumatlar toplayıb onu bilgiləndirmələrini əmr edirmiş. O, hər iki diktatora qarşı xüsusi sevgi bəsləyirmiş. Ancaq, məncə, Vasif Talıbovu nə Stalin, nə də Səddam Hüseynlə müqayisə edə bilərik, bu, doğru olmazdı. Çünki onların hər ikisi avtoritar üsul-idarə yaradıcısı olsalar da, rəhbərlik etdikləri dövləti diktatura yöntəmi ilə idarə etsələr də, dünya siyasi tarixində iz qoymuş, adlarını tarixə yazdırmış liderlər olub. Vasif Talıbov isə… Onu ancaq Pol Potla müqayisə edə bilərik. Çünki həm də oxşar tale yaşayıblar…

media-arpaçay-2

Vasif Talıbovla qonşu kəndlərdənik – o, Şərur rayonunun Aralıq, mən isə Qarxun kəndindənəm. Bu kəndlər iç-içədi, yanaşı evlərdən biri Qarxun kəndinə, digəri Aralıq kəndinə aiddir. Bu kəndlərlə qonşu daha bir neçə kənd var idi ki, hələ sovetlər vaxtında hamısı eyni kənd sovetliyinə daxil idi və Mehdi Hüseynzadə adına kolxozda birləşirdilər. Bu kəndlərdən yalnız Qarxunda orta məktəb vardı. Bütün bu kəndlərin uşaqları 8-ci sinifdən sonra orta məktəbə bizim kənddə davam edirdilər. Ancaq Vasif Talıbov istisna təşkil etdi, o 8-ci sinifdən sonra orta məktəbə Arpaçayın qarşı tərəfindəki Siyaqut kəndində davam etdi. Səbəbi bir hadisə ilə bağlıdı…

Arpaçay çayı Aralıq-Qarxun və Siyaqut kəndlərinin arasından keçir. Çayın Qarxun kəndinin əkin sahələrinə baxan sahilində “Qurban gölü” adlı bir yer vardı. Arpaçay maillik dərəcəsinə görə olduqca sürətli axına sahibdi. Kolxozun ekskvatorçusu, Aralıq kənd sakini Qurban kişi çayın sahilini qazıb genişləndirərək “göl” yaratmışdı ki, çayda çimən uşaqlar axına düşüb boğulmasınlar. Xülasə, bütün ətraf kəndlər yay sezonunda çimmək üçün həmin o “Qurban gölü”nə gələrdilər.

Kənd sovetliyinə daxil olan kəndlərdən biri də Moğancıq Müslüm kəndidir. Bu kəndin cavanları digər kəndlərdən xeyli fərqlənirdi. Cəsur və davakar uşaqlar idilər. Bir xüsusiyyətləri də vardı ki, öz aralarında “düşmən” olsalar da, kənarda yumruq kimi birləşirdilər. Bütün toylarda dava salardılar…

Moğancıqlılar da Arpaçaya çimməyə gələrdilər. Bir gün bir hadisə baş verdi… Ümumiyyətlə, belə hadisə tez-tez baş verirdi, ancaq bəhs etdiyim hadisə daha dəhşətli idi…

Vasif Talıbov uşaqlıqda totuş, kök və olduqca göyçək uşaq idi. Moğancıqlılar tez-tez onu suda boğurdular və bundan sanki zövq alırdılar. Bir gün yenə çayda çimərkən tükürpədici bir səs eşitdik: vay anaaa!!!

Vasifin səsiydi… Bir nəfər onu suya basıb, çiyinləri üstünə çıxmışdı. Siyaqutlu uşaqlar onu digər sahilə çıxardıb, üzüüstə yerə yıxıb, yardım etmək istəyirdilər. Çaya yaxın evlərdən yaşlı insanlar da gəldi. Arada dedilər ki, uşaq boğulub ölüb. Ancaq 10-15 dəqiqə sonra özünə gəldiyini dedilər. Mən çayın axarını keçməyə ehtiyat etdiyim üçün digər sahilə çıxmamışdım. Orda olanlar deyirdilər ki, Vasif özünə gəldikdən sonra ağlaya-ağlaya deyibmiş: qoy yekəlim, hamınızın anasını s…m!

Bəli, Vasif Talıbov dediyini etdi! Onu çayda boğan iki-üç nəfər uşağın acığını 450 minlik naxçıvanlılardan aldı! Bu azmış kimi, bütün Azərbaycana xəyanət etdi, ani bir hərəkətiylə 44 günlük savaşın gedişatını dəyişdirdi, hücum əməliyyatlarımızı dayandırmaq məcburiyyətində qoydu dövlətimizi! Bunun adı xəyanətdir! Dövlətə və Vətənə xəyanətdir! Vasif Talıbovu bu xəyanətə sürükləyən uşaqlıq vaxtı yaşadığı mənəvi travmadır. Onu yırtıcı sırtlana çevirən uşaqlığında yaşadığı həmin hadisədir! Talıbovun təxminən 47-48 il öncəki tükürpədici səsi hələ də hafizəmdən silinməyib: VAY ANAAA!!!

Vasif Talıbov səlahiyyət sahibi olduqdan sonra çox anaları ağlar qoydu! Çox evlər yıxdı! Bir çağırışa balta, yaba, oraq, çəkic götürüb erməni qarşısına çıxan qəhrəman və cəsarətli Naxçıvan camaatını qula çevirdi, bir tikə çörəyə möhtac qoydu. Bütün bunları Vasif Talıbova bağışlamaq olardı. Ancaq vətənə xəyanətini əsla bağışlamaq olmaz! O, bunun cəzasını mütləq almalıdır!!!

***

Vasif Talıbovun savadsızlığı, hətta deyərdim ki, gerizəkalılığı insanlarda onun V kolon nümayəndəsi olmasına şübhələr yaradır. Və haqlı kimi görünən belə bir sual verirlər: cahil və savadsız bir adama Azərbaycanda marağı olan böyük dövlətlərin nə ehtiyacı var? Nəzərə alaq ki, böyük güclərin Cəmil Həsənli kimi professora, Əli Kərimli kimi partiya sədrinə, Bəxtiyar Hacıyev kimi “Harvard məzunu” titulu daşıyana ehtiyacı olduğu kimi, Vasif Talıbov kimi cahil və nadan olsa da, əlində güc və səlahiyyət, maliyyə imkanları olan gerizəkalıya da böyük ehtiyacı var. Konkret olaraq helikopter hadisəsini xatırlayaq. Məhz Şuşanın fəthindən sonra bu olayın baş verməsi bir yanlışlıq və təsadüf ola bilərmi? Əsla! Bu, əvvəlcədən planlanmış və zamanı gələndə istifadə olunan siyasi hadisədir. Azərbaycan Ordusunun irəliləyişini durdurmaq, İlham Əliyevi fakt qarşısında qoymaq üçün bundan təsirli hansı addımı ata bilərdilər? Döyüşlərin getdiyi Qarabağdan 100 km. kənarda, Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi əməliyyatlarına heç bir aidiyyatı olmayan ərazidə – Yerasxda (Arazdəyəndə) Rusiyaya məxsus helikopterin vurulmasıyla şimal ayısına məsələyə müdaxilə etmək imkanları tanınması təsadüf ola bilməzdi. O da bəllidir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Vasif Talıbovdan xəbərsiz bu hadisəyə imza atması inkansız və ağlabatan deyil.

Mİ-24 helikopterinin vurulmasına qədər  baş verən hadisələr və 10 noyabr sazişinin imzalanmasından həmən sonra Rusiya sülhməramlılarının Ermənistan ərazisindən Qarabağa girməsi deyilənlərin doğruluğuna bariz sübutdur. Hər ağlı başında adam dərhal anlayır ki, o qədər texnika və hərbi kontingentin cəmi 2-3 saat ərzində komplektləşdirilməsi və Qarabağa girişi mümkün ola bilməzdi. Deməli, həmin hərbi kontingent və texnika Ermənistan ərazisində gözləyirdi, hər şey planlaşdırılmışdı. Sadəcə, sazişə imza atması üçün Azərbaycan prezidentini fakt qarşısında qoymaq lazım idi. Bunu da cahil, nadan və savadsız adlandırdığımız, V kolon nümayəndəsi olduğuna şübhəylə yanaşdığımız Vasif Talıbovun əliylə etdilər.

***

Məsələni tam olaraq anlamaq baxımından 44 günlük savaşa qədər baş verən olaylara və Vasif Talıbovun Rusiya və İranla daha sıx münasibətlər qurduğu dövrə bir qədər aydınlıq gətirməyimizdə yarar var. Əgər xatırlayırsınızsa, DTX Naxçıvanda geniş miqyaslı yoxlamalara başlarkən biz də belə bir araşdırma aparıb ortaya çıxarmışdıq ki, Talıbovun İran rəsmiləriylə son 8 ildə 38 dəfə rəsmi görüşü olub. Bu görüşlərdə o, İranın ən yüksək məqamlarında oturan şəxslərlə saatlarca görüşüb müzakirələr aparmışdı. Haqlı sual yaranır: Talıbov İranın xarici işlər naziri, SEPAH generalları, Laricani, Amili kimi şəxslərlə, İran kəşfiyyat orqanlarının üst səviyyəli yönəticiləri ilə nəyi müzakirə edirmiş? Niyə Vasif Talıbovu İranda rəsmi karovulla qarşılayıb, dövlət başçısı kimi şərəfləndirirdilər? Niyə 2005-ci ildə Naxçıvan MTN-nin həbs etdiyi SEPAH generalını Vasif Talıbov dərhal buraxdırdı? 44 günlük savaş vaxtı Naxçıvana gəlib Talıbovla görüşən SEPAH generalı kim idi, onunla nəyi müzakirə ediblər? Məncə, bütün bu sualların cavabı Azərbaycanın dövlət yetkililərində var və onlar məsələnin bu tərəfini ən incə detaylarına qədər araşdıracaqlar.

Gələk Vasif Talıbovun Rusiyanın xüsusi xidmət orqanları ilə bağlılığına. İlk öncə onu demək istərdim ki, Talıbovun Rusiya XXO ilə bağlılığı bir neçə kanal vasitəsilə gerçəkləşdirilib. Həmin kanallar bunlardır:

– Aslan Abaşidze. Gürcüstanın Acariya Muxtar Respublikasının sabiq başçısı;

– Rostislav Slaboşeviç, general-mayor. Vaxtilə Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın komandiri olub. General Slaboşeviçin rəhbərliyi dönəmində 75-ci diviziya quru qoşunlarından alınıb SSRİ DTK-ya verilmişdi;

– polkovnik Konstantin Qaponenko, Rusiya Federasiyasının Gümrüdə yerləşən 102-ci hərbi bazasının komandiri. Bu şəxslə Kərəm Mustafayev görüşürmüş. Ehtimal olunur ki, məlum helikopter olayından iki gün öncə də belə bir görüş baş tutub;

– Rusiyanın İnterfaks agentliyi. Talıbovun göstərişi ilə uzun illər öncə bu agentliyin Naxçıvanda ofisi yaradılıb və onlar vasitəsilə mütəmadi əlaqələr qurulurmuş;

– Milli Şuranın sədri Cəmil Həsənli. 2013-cü il prezident seçkiləri öncəsi indiki AMEA prezidenti İsa Həbibbəyli vasitəsilə Cəmil Həsənli Naxçıvana dəvət olunur və Talıbovla görüşü təşkil edilir. Talıbovun istəyilə Cəmil Həsənli Moskvadakı “Milyarderlər Klubu”, konkret olaraq, Abbas Abbasovla Naxçıvan xanının əlaqə qurmasına yardımçı olur.

Oxucu haqlı olaraq belə bir sual da verə bilər: Vasif Talıbov zatən toxunulmaz şəxs idi, onun Rusiya və İran dövlətlərinin güc mərkəzləri ilə əlaqə yaratmaqda məqsədi nə ola bilərdi? Hesab edirəm ki, bu sualın cavabını 2020-ci ilin iyul döyüşləri (Tovuz döyüşləri), həmin döyüşlər vaxtı 10 minlərlə insanın meydanlara yürüməsi, dinc aksiyanın gedişatında bəzi şəxslərin qızışdırması nəticəsində aksiya iştirakçılarının “Allahu Əkbər!” sədaları ilə parlament binasına daxil olması və bu hadisələrdən iki həftə sonra “TurAz Qartalı – 2020” təlimləri adı altında Türkiyə ordu birliklərinin Azərbaycana gəlişinə münasibət bildirmədən cavab vermək mümkün deyil. Burada ən diqqət çəkən məqam Naxçıvandakı təlimlər və  bu təlimlərdə iştirak edən Türkiyə Respublikası 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay bəyin o dövrdə mətbuata yansıyan açıqlaması idi: “Biz Naxçıvana Vasif Talıbovun istəyi dışında girdik…”

Ardı var

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər