featured-image-9117

Uqandada Ebola virusuna yoluxanların sayı 65-ə çatıb.

Ölkənin Səhiyyə Nazirliyi xəstəxanada hələ də aktiv xəstələrin sayının doqquz olduğunu, sağalanların ümumi sayının isə 26-ya yüksəldiyini bildirib.

Bununla belə, hökumət epidemiyanın tezliklə bitəcəyinə əmindir.

“Səhiyyə Nazirliyinin son rəqəmləri epidemiyanın həqiqətən də nəzarət altında olduğunu göstərir”, – qurumun açıqlamasında deyilir.

Qeyd edək ki, sentyabrın 20-də Uqandada ilk Ebola hadisəsi təsdiqlənib. Yoluxma paytaxt Kampaladan 153 kilometr aralıda yerləşən Mubende rayonunda qeydə alınıb.

Mənbə: rossaprimavera.ru

Bənzər xəbərlər