featured-image-5437

Rusiya gəmisinin boğazlardan keçməsi Zelinski hökumətini narahat edib

Ukrayna Xarici İşlər Nazirliyi Türkiyəyə nota verib. Səbəb kimi Rusiya Müdafiə Nazirliyinin kirayə verdiyi “S-300” raket sistemlərinin Bosfor boğazından daşınması göstərilir.

Ukrayna Xarici İşlər nazirliyinin yaydığı məlumatda Türkiyənin bu ölkədəki səfiri Yağmur Əhməd Güldərinin nazirliyə dəvət olunduğu bildirilir. Xarici işlər nazirinin müavini Mikola Toçitski səfirə “S-300PMU-2” raket sistemlərinin Rusiya Müdafiə Nazirliyinin Suriyadan “Sparta II” gəmisi ilə daşınması ilə bağlı narahatlığını ifadə edib.

Nazirliyin bəyanatında deyilir ki, “Boğazların Rejimi haqqında” 20 iyul 1936-cı il tarixli Konvensiyanın (Montro Konvensiyası) müddəalarına uyğun olaraq, göstərilən gəmi bu məqsədlər üçün hərbi gəmi anlayışına düşür. Mikola Toçitski Türkiyə tərəfindən “Sparta II” gəmisi ilə Bosfor boğazından daşınmış yüklər, o cümlədən Konvensiyanın müddəalarına əməl olunması və münaqişənin daha da genişlənməsinin qarşısının alınması üçün Türkiyənin gördüyü tədbirlər barədə rəsmi məlumat verməsini xahiş edib.

Nazirlik həmçinin Türkiyə tərəfinin Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya hərbi gəmiləri üçün Qara dəniz boğazlarının bağlanması ilə bağlı 28 fevral 2022-ci il tarixli qərarına ciddi əməl edəcəyinə ümid etdiyini bildirib.
Türkiyə tərəfi məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib.

 

Boyuksherg.az

Bənzər xəbərlər