featured-image-10174

“Braziliyalı oyunçular 2022-ci il dünya çempionatını qazana bilməyəcəklər”.

Bu sözləri UFC “promouşen”ində çıxış edən braziliyalı qarışıq döyüş ustası Paulo Kosta deyib.

O, Braziliya millisinin 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qalib gələ bilməyəcəyi ilə bağlı fikirlərini bildirib.

“Braziliya milli komandasına narkotik tədarükü ilə məşğul olduqları və Ronald (Kosta məhz belə yazıb – red.) kimi, 2002 və ya 2006-cı illərdə transvestitlərlə yatdıqları zaman hörmət edirdilər. İndi onların hamısı feministdir. Həmçinin ağdərili olduqları və gey olmadıqları üçün üzr istəyirlər. Onlar dünya kubokunu qazana bilməyəcəklər, bağışlayın. Keçmiş zamanları qaytarın”, – deyə Kosta sosial şəbəkələrdə yazıb. O, paylaşımına iki şəkil də əlavə edib.

Xatırladaq ki, dünən, noyabrın 24-də Braziliya millisi Serbiya yığması ilə qarşılaşıb və onu 2:0 hesabı ilə məğlub edib. Nəticədə qrup liderliyini əldə edib.

Mənbə: Championat.com

Bənzər xəbərlər