featured-image-10454

Bu il dekabrın əvvəlinə nəzərdə tutulan Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammitinin Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında keçirilməsi planlaşdırılır.

Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Qeyd edək ki, ötən gün Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bənzər xəbərlər