featured-image-8931

“Vyana razılığına əsasən, diplomatik missiyaların qorunması ev sahibinə aiddir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

O bildirib ki, ölkələr səfirliyə hücumunun qarşısını almalıdırlar:

“Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.

Bənzər xəbərlər