Türkiyənin “TCG Burgazada” gəmisi Qətərə yola salındı - FOTO
Türkiyənin “TCG Burgazada” gəmisi “Fifa-2022 Dünya Kuboku Qalxan Əməliyyatı”nda iştirak etmək üçün Qətərə yola düşüb.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, “TCG Burgazada”nın 1 noyabr-18 dekabr tarixləri arasında keçiriləcək “FIFA-2022 Dünya Kuboku Qalxan Əməliyyatı”nda iştirak edəcəyi bildirilib.
Gəmi İzmirin Foça rayonunda təşkil edilən mərasimlə Qətərə yola salındığı qeyd edilib.