featured-image-13454

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi – ordu generalı Yaşar Gülərin müşayiəti ilə Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında, həmçinin zəlzələlərin baş verdiyi Hatay vilayətində olub. 

Suriyanın şimalında yerləşən Bahar Qalxanı və Zeytun Budağı əməliyyat bölgələrinin dəstəkləndiyi Kumlu Baza bölgəsinə gedərək ərazidə təftiş və yoxlamalar aparan nazir, komandanlıq binasında baş tutan brifinqdə də iştirak edib.

Daha sonra Hulusi Akar onu müşayiət edən hərbiçilərlə birlikdə ərazidəki hərbi hissəyə baxış keçirib, silahlara qulluq edən komando dəstəsindən fəaliyyətləri ilə bağlı məlumatlar alıb. Ərazidə müşahidə aparan Hulusi Akar Komando birliyindən verilən tapşırıqlara hazır olub, olmamalarını da soruşub.

Komandolar isə verilən tapşırıqlara hər zaman hazır olduqlarını bildiriblər.

Həmçinin Milli Müdafiə naziri ASELSAN şirkətinin istehsalı olan  “A940” nişangahı ilə təchiz edilmiş piyada tüfəngini də sınaqdan keçirib.

Qeyd edək ki, “A940” ASELSAN şirkəti tərəfindən tam yerli və milli istehsalatdır. İkili baxış bucağı olan, gecəgörmə cihazları ilə istifadə edilən, asanlıqla sıfırlanan və 2 metr dərinlikdə 30 dəqiqə ərzində suyadavamlı olan “A940” 550 qram çəkiyə malikdir. O, həmçinin optika, termal durbin və refleks nişangahlarla istifadə edilə bilər.

Bənzər xəbərlər