featured-image-12015

Türkiyədəki İncirlik aviabazasındakı amerikalı hərbçilər yenidən onun ərazisini tərk edə biləcəklər.

Məlumata görə, hərbi qulluqçuların asudə vaxtlarında bazanı tərk etmələrinə qadağa 2011-ci ildə İŞİD təhlükəsi ilə əlaqədar tətbiq edilib.

Hazırda bazada təxminən 1,2 min ABŞ hərbçisi var.

Bildirilir ki, qadağanın tətbiqi yanvarın 21-də dayandırılıb və hərbçilər artıq bazanın perimetrindən kənarda sərbəst hərəkət edə bilirlər.

Qeyd edək ki, Türkiyə ərazisində 50-dən çox hərbi baza və obyekt ABŞ Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunur. İki ölkə arasında bazaların istifadəsini tənzimləyən hərbi sahədə əməkdaşlıq 1954-cü ildən həyata keçirilir. ABŞ-ın Türkiyədəki ən böyük hərbi obyekti ölkənin cənubundakı İncirlik aviabazasıdır ki, burada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus taktiki təyyarələr daim növbə çəkir.

Mənbə: A Haber

Bənzər xəbərlər