Türkiyədə zəlzələdən zərər çəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib
Türkiyədə güclü zəlzələdən zərər çəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.
“Boyuksherg”in xəbərinə görə, bu gündən yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.
“Yardımla bağlı Babək prospektində yerləşən “Doğtaş” mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması üçün Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə dəyişilib”, – Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edək ki, yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi 2008 məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şoesi 22 – Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda və Ağ şəhər – Yaşıl Ada nömrə 2 ünvanlarında da toplanır.