featured-image-9957

Türkiyənin səhiyyə naziri Fahrettin Koca çərşənbə günü bildirib ki, ölkənin şimal-qərbində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı artıb.

“Son məlumatlara görə, Düzce vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 93-ə çatıb”, – nazir “Twitter”də yazıb.

Məlumata görə, yaralıların əksəriyyəti – 37 nəfər Düzcədədir və onlardan birinin vəziyyəti ağırdır. Türkiyənin eyni bölgəsində yerləşən Sakarya vilayətində 26, Bolu vilayətində 14 nəfər yaralanıb.

Nazirin sözlərinə görə, hazırda xəstəxanalarda 17 nəfərin müalicəsi davam etdirilir.

Bənzər xəbərlər