featured-image-6507

Türkiyənin cənubunda yanğınsöndürən helikopter qəzaya uğrayıb.

Hadisə Dənizli bölgəsində baş verib.

Məlumata görə, Rusiyanın “Vladivostok Avia” şirkətinə məxsus helikopter qəza zamanı iş başında olub və yanğının söndürülməsi işlərini həyata keçirib.

Qəza nəticəsində iki nəfərin öldüyü, daha beş nəfərin yaralandığı bildirilib.

Helikopterdə ikisi Rusiya vətəndaşı olmaqla, cəmi yeddi nəfər olub.

Mənbə: TASS

Bənzər xəbərlər