Türkiyədə avtobus aşdı: 40 nəfər yaralandı - FOTO/VİDEO
Türkiyənin Bartın vilayətində sərnişin avtobusunun aşması nəticəsində 40 nəfər yaralanıb.
Belə ki, Bartın-Zonquldak yolunun Akçamescit məntəqəsində sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.
Hadisə baş verən əraziyə çox sayda tibb briqadaları və xilasetmə qrupları cəlb ediliblər. İlkin müdaxilədən sonra yaralılar xəstəxanaya yerləşdiriliblər.
Mənbə: “Anadolu” Agentliyi