featured-image-7696

“Türkiyə Rusiya qazı üçün ödənişlərin təxirə salınmasını istəməyib. Ankara və Moskva aktiv şəkildə yanacağın qiymətini müzakirə edirlər”.

Bu barədə Türkiyənin neft-qaz şirkəti “Botaş”ın Rusiyadan qaz ödənişlərinin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağı xahiş etdiyi barədə xəbərə (“Bloomberg”) münasibət bildirən mənbə deyib.

Bildirilir ki, danışıqlar zamanı söhbət gecikmədən yox, qiymətdən gedib, çünki bütün bunlardan əvvəlki müqavilələrdə Avropa birjalarının kotirovkaları nəzərə alınırdı və qiymətlər yüksək idi.

Bundan başqa, ölkələr qazın qismən rublla ödənilməsi barədə razılığa gəliblər.

Eyni zamanda, Rusiya qazı ilə bağlı danışıqlarda heç bir problemin olmadığı, hər şeyin iki liderin etimadı və münasibətinə əsaslandığı vurğulanıb.

Mənbə: Lenta.ru

Bənzər xəbərlər