featured-image-10443

Türkiyə “Demokratik Suriya Qüvvələri” (DSQ) kürd alyansının Suriyanın şimalındakı üç şəhəri tərk etməsini istəyib.

Bu barədə Türkiyə rəsmiləri məlumat veriblər.

Ankara “Demokratik Suriya Qüvvələri”nin Hələb əyalətində yerləşən Münbiç, Ayn əl-Ərəb (Kobani) və Tel-Rifatdan çıxarılmasını tələb edib. Türkiyə kürd birləşmələrinin bu şəhərlərdən çıxması üçün son tarix də təyin edib. Həmçinin Suriya hökumətinin nəzarətində olan qurumların bu şəhərlərə qaytarılmasına razılıq verib.

Bundan əlavə, qeyd edilib ki, Rusiya tərəfi Suriyanın şimalında Türkiyə tərəfindən hərbi əməliyyatın keçirilməməsi üçün Ankaranın tələblərinin yerinə yetirilməsi üçün səy göstərir.

Mənbə: TASS

Bənzər xəbərlər