featured-image-5236

Həmid Herisçi: ““Valday” klubu kimi “Altay” klubu da yaranacaq!”

 

“Rusiya və Qazaxstan turan pələnginin populyasiyasını bərpa etmək niyyətindədir. Sözsüz ki, burada üstüörtülü, gizli mətləblər var”. Bu sözlər yazıçı-publisist Həmid Herisçiyə aiddir.

H.Herisçi Rusiya və Qazaxıstan arasında müzakirəsinin getdiyini iddia etdiyi “Turan projesi”nə diqqət çəkib. Onun fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq:

“Hər zaman “Turan projesi” kimi nəhəng layihələr, əvvəlcə dar çərçivədə sınaqdan keçirilir. İlk öncə bu cür projelər ekoloji, mədəni çərçivədə dişə vurulur. Yalnız bundan sonra proje öz siyasi məzmununa qovuşur. Məncə, “Turan projesi”nin oxşar zooloji sifəti, pasportu beynəlxalq “Turan pələngi” layihəsidir. Layihənin ərazisi, bütün Turanı əhatə edir. Təcrübələrə Britaniya, İsrail, Yaponiya zooloqlarının qoşulduğu da bildirilir. Hələ ki, ruslar, avropalılar bu projeyə öz hədiyyələrini verməyiblər.

Putin 2021-ci il sentyabrın 30-da üstüörtülü şəklidə “Turan projesi”nə toxunub. O, Qazaxstan prezidenti Kasım-Jomart Tokayevin “Biz Turan pələngini yenidən Qazaxstana gətirmək, nəslini bərpa etmək, artırmaq istəyirik” təklifini məmnuniyyətlə qəbul edib. Putin deyib ki, Rusiya “Turan pələngi” layihəsini dəstəkləyir. Rusiya seleksiya işlərinə qoşulmaq istəyir.

Xatırladım ki, erməni faşizminin banisi Qaregin Njde vaxtilə – 1921-ci ildə İrana qaçmazdan öncə özündən əfsanə uydurub. Deyib ki, guya sonuncu Turan pələngini Araz qırağında öldürüb, dərisini soyub əyninə keçirib. İndi Rusiya və Qazaxıstan bu pələngin populyasiyasını bərpa etmək niyyətindədir. Sözsüz ki, burada üstüörtülü – gizli mətləblər var.
Tezliklə Moskvada “Valday” klubu ilə yanaşı, “Altay” klubu da yaranacaq. Sözsüz ki, Tokayevlə Putin dünənki Soçi görüşündə projenin elə yalnız zooloji tərkibi ilə kifayətlənməyib. Projenin siyasi, bəlkə də sırf hərbi tərəfi də müzakirəsiz qalmayıb”.

Redaksiyadan: Azərbaycanın prezidenti cənab İlham Əliyev də “Turan pələngi” populyasiyasının yenidən həyata qaytarılmasına biganə deyil.

 

media-received_1291890861552597

 

Bənzər xəbərlər