featured-image-9007

ABŞ Nümayəndələr Palatasının Xüsusi Komitəsi 45-ci prezident Donald Trampa məhkəmədə ifadə verməsi üçün rəsmi çağırış vərəqəsi göndərib.

Komitə 2021-ci il yanvarın 6-da baş verən Kapitol hücumunu araşdırır və Trampa göndərilən çağırış da bu məhkəmə işi çərçivəsindədir.

Çağırış vərəqəsində Trampdan 6 yanvar istintaqı ilə bağlı tələb olunan sənədləri noyabrın 4-dək təhvil verməsi tələb olunur. Həmçinin təxminən noyabrın 14-dən başlayaraq bir və ya bir neçə gün ərzində andiçmə altında ifadə verməsi istənilir.

Tramp isə özünün “Truth Social” sosial şəbəkəsində komitənin işini tənqid edən geniş mesaj yayımlayıb. O, ifadə verib-verməyəcəyi ilə bağlı birbaşa cavabdan da yayınıb.

Trampın vəkillərlə çağırış vərəqəsinin cavabını müzakirə etdiyi bildirilir.

Mənbə: Yevropeyskaya pravda

Bənzər xəbərlər