featured-image-10806

Britaniyalı Tayson Fyuri Dünya Boks Şurasının (WBC) ağır çəki dərəcəsində titulunu qoruyub.

Londonda “Tottenhem Hotspur” stadionunda keçirilən 12 raundluq döyüşdə Fyuri həmyerlisi Derek Çisoranı 10-cu raundda texniki nokautla məğlub edib.

Rəqiblər üçüncü dəfə üz-üzə gəlib. 2011-ci ildə Fyuri hakimlərin qərarı ilə, 2014-cü ildə 10-cu raundda texniki nokautla qalib gəlib.

Fyuri 2020-ci ilin fevralında amerikalı Deontey Uaylder üzərində 7-ci raundda texniki nokautla qalib gəldiyi WBC dünya titulunu üçüncü dəfə qoruuyub.

Mənbə: TASS

Bənzər xəbərlər