featured-image-5779

“Biz çalışırıq ki, sağlamlığımızın qeydinə onu itirmək ərəfəsində deyil, hər zaman qalaq”.

“Boyuksherg” “Oxu.Az”a istinadən xəbər verir ki, bu sözləri “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbək jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün keçirilən “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” adlı tədbirlə bağlı görüşdə daha çox qadınların üstünlük təşkil etməsi təsadüfi deyildir:

“Biz tarixə söykənən mədəni və işgüzar əlaqələri daha da möhkəmləndirmək üçün mütəmadi yeni layihələr hazırlayırıq. Buna dəstək olmaq üçün çox kampaniyalar həyata keçiririk. Türkiyə-Azərbaycan arasında səhiyyə sektorundakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün bu kimi aksiyaların, layihələrin, konfransların tez-tez təşkil edilməsinə xüsusi diqqət göstəriləcək”.

Bənzər xəbərlər