featured-image-10357

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı Çinə “Vaxan dəhlizi”nin logistik potensialını inkişaf etdirməyi təklif edib. 

Bu barədə Əfqanıstanın sənaye və ticarət naziri Nurəddin Əzizinin Çinin Çendu şəhərində Mərkəzi və Qərbi Asiyadan olan sahibkarların nəqliyyat və logistika sammitinin iştirakçılarına ünvanladığı məktubunda qeyd olunub.

“Taliban” üzvü xatırladıb ki, tarixi İpək Yolu məhz Bədəxşan əyalətinin Vaxan bölgəsindən keçib.

“Vaxan dəhlizi”nin canlanması logistika xərclərini azaltmağa, Kabil və Pekin arasında ticarət dövriyyəsini artırmağa kömək edəcək. Əfqanıstan bu layihəyə başlamağa hazırdır – söz çinlilərin ixtiyarındadır, lakin onlardan tələsmələri xahiş olunur”, – məktubda yazılıb.

Məlumat üçün qeyd edək ki, “Vaxan dəhlizi” adlanan məkan Şərqi Əfqanıstanda, Bədəxşan vilayətinin Vaxan səmtindədir. Dəhliz ölkəni Çinlə birləşdirir. “Vaxan dəhlizi”nin şimal hissəsi Pamir dağlarına, cənub-qərb hissəsi Hinduquş dağlarına aiddir. Dəhlizin uzunluğu 220 kilometrdir. Bu ərazi ölkənin ən hündür bölgəsi hesab olunur.

Mənbə: Sputnik Əfqanıstan

Bənzər xəbərlər