featured-image-9262

“Bəlkə də “Qarabağ”ın tarixindəki ən gözəl matç idi. Möhtəşəm oynadıq”.

“Boyuksherg” “Report”a istinadən bildirir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Almaniya “Frayburq”u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, “köhlən atlar” statistik göstəricilərdə rəqibini tam üstələyib: “Topa sahibolma nisbəti 55:45 bizim tərəfimizdə idi. İkinci hissədə 10 nəfərlə oynasaq da, yenə matça biz nəzarət edirdik. Pasların dəqiqliyi 82 faiz idi. Bunlar önəmli rəqəmlərdir”.

T.Gözəlin sözlərinə görə, qrupdakı vəziyyət “Nant”ın vurduğu qollardan sonra dəyişib: “Yaddan çıxarmayaq ki, rəqib Bundesliqa təmsilçisi idi. Büdcələri 100 milyonlarla ölçülür. Futbolçularının dəyəri 3-5 milyon arasında dəyişir. Əlbəttə, “Qarabağ”la fəxr edirəm. Çox gözəl oyun alındı”.

O, UEFA Konfrans Liqasında öz sözlərini deyəcəklərini vurğulayıb: “Arzum əvvəlcə 1/4 final, ardınca isə yarımfinaldır. Finaladək getmək istəyirik. özümüzə inanırıq. Bu mövsüm Avropa Liqasının ən yaxşı 3 komandasından biri məhz “Qarabağ”dır”.

Bənzər xəbərlər