featured-image-4929

Avstraliyanın “Setonix” superkompüteri ASKAP radioteleskopunun məlumatları əsasında 24 saat ərzində supernova (ifrat yeni ulduz) partlayışının təsvirini bərpa edib.

 

Astrofiziklərin təqdim etdikləri fotoşəkildə Yerdən 10-15 min işıq ili məsafəsində yerləşən G261.9+5.5 supernovanın qalıqları əks olunub.

Şəkildə partlayışın baş verdiyi sahə və onun ətrafı maksimum təfərrüatı ilə görünür.

Astrofiziklər ümid edirlər ki, bu məlumatlar partlayışın yaşı, ölçüsü və növü haqqında daha çox öyrənməyə kömək edəcək.

 

Mənbə: The Conversation

Bənzər xəbərlər