Stadionda elektrik kəsildi: “Lids” - “Arsenal” matçında fasilə yarandı - FOTO/VİDEO
İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində keçirilən “Lids” – “Arsenal” matçı ikinci dəqiqədə dayandırılıb.
Buna qarşılaşmanın baş tutduğu “Elland Roud” arenasındakı texniki problemlər səbəb olub.
Məlumata görə, stadionda elektrik kəsilib.
Komandalar bir qədər meydançada gözlədikdən sonra soyunub-geyinmə otağına qayıtmalı olublar.
Təxminən 30-35 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən bərpa olunub. Hazırda matç davam edir.