featured-image-6446

“Bütün növ silahlar, o cümlədən nüvə triadası onlara verilən tapşırıqları yerinə yetirir”.

Bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşlərin gedişatı barədə danışarkən bildirib.

O, çətin döyüş əməliyyatlarının aparıldığını vurğulayıb.

“Qoşunlar onlara verilən tapşırıqları yerinə yetirirlər”, – deyə Şoyqu əlavə edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskvanın bütün mümkün vasitələrdən istifadə edəcəyini deyərək, bunun blef  olmadığını vurğulayıb və ölkəni nüvə silahı ilə şantaj etməyə çalışanlara “küləyin istiqamətinin onlara tərəf dəyişə biləcəyi” ilə bağlı xəbərdarlıq edib.

Bənzər xəbərlər