featured-image-6387

Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya Donbas və digər Ukrayna ərazilərinin Rusiyaya daxil olmasına dair referendumları tanımır.

“Rusiya qoşunlarını Ukraynadan çıxarmalıdır. Ukraynanın öz ölkəsinin bütövlüyünü və suverenliyini, demokratiyasını müdafiə etmək hüququ var. Biz bu işdə Ukraynanı dəstəkləyirik”, – deyə kansler çərşənbə axşamı BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gəldikdən sonra deyib.

“Buna görə də tamamilə aydındır ki, bu qondarma referendumlar qəbul edilə bilməz. Onlar beynəlxalq hüquq və dünya ictimaiyyətinin əldə etdiyi anlaşma ilə əhatə olunmur”, – Almaniya hökumətinin başçısı vurğulayıb.

Mənbə: TASS

Bənzər xəbərlər