featured-image-8227

Şənbədən bazara keçən gecə Şimali Koreya Yapon dənizinə doğru iki raket buraxıb.

Ballistik raketlər təxminən 350 km uçub, onların maksimal uçuş hündürlüyü təxminən 100 km olub.

Bu barədə jurnalistlərə Yaponiya müdafiə nazirinin müavini Tosiro İno məlumat verib.

Məlumata görə, Yaponiya Sahil Mühafizəsi bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

Raketlər Yaponiyanın dənizindəki eksklüziv iqtisadi zonasından kənara düşüb.

Mənbə: TASS

Bənzər xəbərlər