featured-image-9345

Şimali Koreya şənbə günü Sarı dəniz istiqamətinə dörd yaxınmənzilli ballistik raket buraxıb.

Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.

Raketlər 20 km-ə qədər yüksəklikdə təxminən 130 km uçub.

Pxenyan ABŞ və Cənubi Koreya silahlı qüvvələrinin birgə “Vigilant Storm” hərbi hava təlimlərinin son günündə raket atışını həyata keçirib.

Son günlər KXDR ABŞ-Cənubi Koreya təlimləri fonunda raket atmağı kəskin şəkildə artırıb.

Mənbə: Yonhap

Bənzər xəbərlər