featured-image-4971

9 təxribat və Azərbaycanın hərbi əməliyyatlara vadar edilməsi

 

Azərbaycan-Ermənistan münasibətlərinin sülhlə yekunlaşması istiqamətində hələ çox təxribatlar baş verəcək. Budur, Ermənistan tərəfi yenidən hərbi təxribata əl atıb – avqustun 12-də 8 silahlı provakasiyanın altına adını yazdırıb. Bunlardan 7-si sərhəddə baş verib. Digər bir hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verib.

 

Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin atəşə tutulması hadisəsi qeydə alınıb. Ermənilərin provakasiyaları Azərbaycanın hərbi və strateji mövqelərdə apardığı möhkəmlənmə işlərinə qısqanc və hikkəli reaksiyadır.

Sərhəddəki atışma Azərbaycana geniş imkan yaradır ki, delimitasiya prosesi çərçivəsində təxribat axıdılan mövqeləri legitim hədəfə çevirsin. Azərbaycan bunu hərbi potensialının bir qismi ilə gerçəkləşdirmək imkanına sahibdir. Vay o gündən ki, Ermənistan elə bir şərait yetişdirə ki, özünün strateji dərinliklərinə enmək üçün Azərbaycan ordusu hərəkət keçə. Əslində, proseslər bu istiqamətə doğru irəliləyir. Ermənistan Azərbaycana əsaslar verir ki, onun taktiki dərinliklərindən yön alıb, strateji dərinliklərinə keçid edə.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni təxribatı isə, böyük ehtimal, Buzdux dağı istiqamətində olub. Müdafiə Nazirliyinin rəsmi məlumatındakı ifadələr bu fikrə gətirib çıxarır.

Ermənilər avqustun 13-ü Şuşada da pilotsuz aparatla təxribata cəhd ediblər. Belə ki, qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib və xüsusi üsulla zərərsizləşdirilib. Erməni silahlılar kvadrakopteri ona görə səmaya qaldırıblar ki, Azərbaycan ordusunun mövqelərini vizual şəkildə müşahidə etmək qabiliyyətlərini itiriblər.

Sərhəddə boy ata biləcək hərbi tədbirlərin miqyasına dair yuxarıda qeyd etdik, Qarabağ İqtisadi Zonasında isə antiterror əməliyyatları yenidən gündəmə gəlir. Səbəblər bir kənarda mövzu kimi ayrıca inkişaf etdirilə bilər, bu cür təxribatların gətirə biləcəyi nəticəyə köklənmək lazımdır.

Ermənilər Azərbaycanı “Qisas” əməliyyatından sonra yeni antiterror tədbirlərinə vadar edir və bu dəfə silahlı insident baş versə, ordumuzun cavabı daha sarsıdıcı olacaq. Əslində, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı göstərişlər verməsi kompleks cavab tədbirlərinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

 

Aqşin Kərimov

Bənzər xəbərlər