featured-image-5866

“Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əməl etməməsi səbəbindən yenidən başlayıb”.

“Boyuksherg” bildirir ki, bu barədə rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov dünən Ermənistan tərəfinin təxribatlarına Azərbaycan tərəfinin cavabını özünün “Telegram” kanalında şərh edərkən bildirib.

Markov qeyd edib ki, Ermənistan hələ də öz qoşunlarını Qarabağdan tam çıxarmayıb.

“Nəqliyyat dəhlizləri hələ də açılmayıb. Bunlardan ən mühümü Ermənistan ərazisindən keçərək Türkiyə – Naxçıvan – Zəngəzur – Azərbaycanın əsas ərazisi – Rusiya marşrutu ilə çəkilməli olan Zəngəzur dəhlizidir”, – deyə o əlavə edib.

Politoloq sərhəddə baş verənlərin bir səbəbinin də Ermənistanın sərhədin demarkasiyası və delimitasiyasını gecikdirməsini göstərib.

“Qarabağda ermənilərin yaşadığı hissədə Azərbaycana heç bir reinteqrasiya həyata keçirilmir. Orada heç bir kompromis əldə olunmayıb”, – deyə S.Markov vurğulayıb.

Markov yekunda qeyd edib ki, bütün bu məsələlər həll olunmayana qədər vaxtaşırı döyüşlər davam edəcək.

Bənzər xəbərlər