featured-image-6235

“Seltik”in azarkeşləri Şotlandiya çempionatında “Sent Mirren”lə oyun zamanı təhqiramiz şüarlar səsləndiriblər.

Belə ki, Şotlandiya çempionatının “Sent-Mirren” – “Seltik” matçından əvvəl Böyük Britaniyanın mərhum kraliçasının xatirəsinə bir dəqiqəlik alqışlar olub.

Bu zaman “Seltik” azarkeşləri “Kral ailəsinə nifrət edirsinizsə, əl çalın” şüarları səsləndiriblər. Bu an hər iki komandanın futbolçuları və məşqçiləri Kraliçanın şərəfinə alqışlar səsləndiriblər.

Həmçinin Qlazqodan olan komandanın azarkeşləri öz tribunalarında eyni ifadədən ibarət pankart yerləşdiriblər.

Qeyd edək ki, oyun “Sent Mirren”in 2:0-lıq üstünlüyülə başa çatıb.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər