featured-image-9002

Argentinalı hücumçu Qonzalo İquain “İnter Mayami”nin (ABŞ) heyətində peşəkar karyerasının sonuncu oyununu keçirib.

O, son matçında “Nyu-York Siti”yə qarşı oynayıb.

Q.İquain oyundan sonra göz yaşlarını saxlaya bilməyib. O, karyerasını başa vurması ilə bağlı açıqlama verib:

“Oyunun final fiti səslənərkən ən sevdiyim şeyin başa çatdığını hiss etdim. Bütün karyeram gözümün qabağından keçdi. Yaşadıqlarım, işlərim və bu günə qədər qazandıqlarım…Əlimdən gələn hər şeyi etdiyim üçün çox xoşbəxtəm. Ən vacibi də budur. Xəyal qurtardı, indi mənim üçün daha fərqli həyat başlayır”.

Qeyd edək ki, 34 yaşlı argentinalı futbolçu karyerası ərzində “Real”, “Napoli”, “Yuventus”, “Milan”, “Çelsi” kimi nəhəng klubların formasını geyinib.

Mənbə: Football-italia

Bənzər xəbərlər