featured-image-10495

“Azərbaycanın Çinə ixracı üçün hələ də böyük potensial var və bu, iki ölkənin müəssisələri arasında daha çox ünsiyyət və qarşılıqlı anlaşma tələb edir”.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi bildirib.

“Azərbaycanın Çinə ixracının dəyəri ötən il 210 milyon ABŞ dolları, bu ilin 10 ayında isə 240 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20% çoxdur. Çinin Azərbaycandan 10 aylıq idxalının 95%-ni neft-kimya məhsulları təşkil edib. İdxalın qalan hissəsi isə dəri (1,9 milyon ABŞ dolları), içki və şərab (340 min ABŞ dolları), kakao və digər məmulatlar (320 min ABŞ dolları) olub”, – deyə o qeyd edib.

Bənzər xəbərlər