SƏFİR DİK: “NİZAMİ GƏNCƏVİ BÖYÜK AZƏRBAYCAN ŞAİRİ VƏ FİLOSOFUDUR!”
İsrailin Azərbaycandakı səfiri Corc Dik son günlərdəki paylaşımları ilə İran hakim dairələrini narahat etməkdə davam edir.
Bildiyiniz kimi, keçdiyimiz günlərdə cənab səfir “Təbrizin Sehrli Nağılları” adlı kitabı oxuyarkən çəkilmiş fotosunu paylaşmış və bu, İran hökümətini və onların ölkəmizdəki dəstəkçilərini bərk narahat etmişdi.
Corc Dikin bugünkü yeni paylaşımı isə, cənub qonşumuzda daha geniş rezonans doğuracağa bənzəyir.
“Boyuksherg” xəbər verir ki, səfir ona hədiyyə edilən Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər olan “Qələmin Sehri” adlı kitabı paylaşıb və oxumaq üçün səbirsizləndiyini bildirib.
Səfir Dik paylaşımında Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu xüsusi vurğulayıb:
“Böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin yaradıcılığı haqqında aldığım bu gözəl kitabı oxumaq üçün səbirsizlənirəm…”
Elçibəy Türkelli