featured-image-8366

“Bütün Gürcüstan Ukraynanın yanındadır”.

Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabında bəyan edib.

O, Rusiyanın Ukraynanın paytaxtını və digər şəhərlərini bombardman etməsi barədə xəbərlərin dəhşətli olduğunu bildirib.

“Mülki insanlara qarşı hücum qorxu yaratmaq cəhdidir. Amma dünya Ukrayna xalqının qətiyyətini gördü”, – deyə o vurğulayıb.

Bənzər xəbərlər