featured-image-8864

Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın cavabı zərbənin miqyasından asılı olmayacaq.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Siyasətçinin sözlərinə görə, ABŞ hakimiyyəti üçün nüvə silahının taktiki və ya daha geniş miqyasda istifadə olunmasının fərqi yoxdur.

“Ukraynada döyüş meydanında nüvə silahından istifadə bizim üçün Ukraynada döyüş meydanında nüvə silahından istifadədir, biz fərq qoymayacağıq”, – deyə o, bəyan edib.

Sallivan əlavə edib ki, ABŞ Rusiya tərəfini bu münaqişədə nüvə silahından istifadə ideyasından imtina etməyə inandırmaq üçün NATO müttəfiqləri, tərəfdaşları və digər ölkələrlə, o cümlədən Çin və Hindistanla işləyir.

Mənbə: lenta.ru

Bənzər xəbərlər