featured-image-4604

Şəhid anaları çirkin siyasi oyunlara alət edilir!

Məlum mahnıya və məhbuslara görə son günlərin mövzusu olan bəzi şəhid anaları bilməlidir ki, şəhidlərin adına ən böyük hörmətsizliyi gətirən, onların adını çirkin siyasi oyunlara alət edən məhz elə doğmaları oldu. Onlar 44 günlük müharibə vaxtı düşmənə silah daşıyan rejimin liderinə “Salam fərmandeh” deyə nəğmə oxudular. Şərəfini satan, İran molla rejiminə xidmət edən vətən xainlərinə qəhrəman dedilər. Təəssüf ki, o analar şəhid düşən övladlarının bu ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçdiyini unudub, “Kərimə” adlı “dövlət” arzusu ilə yaşayanların arzusuna “amin” dedilər.

Şəhid adlandırdığımız Vətən Fədailəri milliyyətindən, dinindən, hətta cinsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçiblər. Nəinki onların, hətta milli qəhrəmanlarımızın arasında xristian və yəhudi dininə aid olan vətəndaşlarımız da var.
Şəhid sözü ərəb mənşəlidir deyə, bu statusa dini don geyindirməyə heç kimin haqqı çatmır. Onlar “cənnətdə huri sahibi olacaqlar” eşqi ilə yox, öz doğmalarını, ana-bacılarını, qızlarını, övladlarını, ən əsası da, Vətənlərini qorumaq üçün cəbhəyə yollanıb, şəhid olublar. Onların şəhidliyi ən müqəddəs zirvədi! Bunun əksini deyən öz şəhidinin, uğrunda can verdiyi amala hörmət etmir.
Dövlətimizin maraqlarını başqa dövlətə, hələ üstəlik, düşmənimizlə eyni cinahda duran bir dövlətə peşkək çəkən, ölkəmizdə vətəndaş müharibəsinə, bölücülüyə səbəb olacaq təxribatlarda iştirak edən istənilən şəxs qanun qarşısında cavabdehdir, tənqidə, hətta yeri gəlsə, cəzaya layiqdir.
Heç kəsin adı, statusu ölkəmizin ərazi bütövlüyündən və milli maraqlarından üstün deyil, ola da bilməz. Dinindən, milliyətindin asılı olmayaraq, bir vətəndaş olaraq, bizim üçün tək müqədsəs amil müstəqilliyimiz və ərazi bütövlüyümüz olmalıdır. Mövzu dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, əmin-amanlığıdırsa, buna hər kəs hörmətlə yanaşmalıdır, əksinə addım atan, təxribatçılara alət olan nəinki şəhid anası, doğma anam, atam, övladım olsa, güzəştə getmərəm. Və şəxsən mən bu mövzuda dostumuz Ella Rüstəmovaya haqq verirəm.
Son günlər baş vermiş bu hadisələrdə şəhid ailələri ilə iş üzrə adiyyatı qurumların səhlənkarlığının da rolu böyükdür. Onlar öhdələrinə düşəni, vəzifə borclarını vicdanla yerinə yetirib, şəhid ailələri ilə lazımi əlaqə yaratsalar, mənəvi-psixoloji dəstək versələr, ən azından buna səy göstərsələr, həmin o ailələrə hansısa ölkənin agentləri, maşaları dövlətdən daha yaxın olmazlar. Sadəcə, dövləti yeyib talamağa bəhanə olsun deyə, hərdən bir qurum yaradırlar, fəaliyyətlərinin nəticəsi isə göz qabağındadır. Ümid edirəm ki, cənab prezident bütün bunlar haqqında ən ciddi tədbirlər görəcək.

Səfurə Həsənli

Bənzər xəbərlər