featured-image-6012

Pakistanın Baş naziri Şahbaz Şərif Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində şəhid olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

O, bu barədə öz “Twitter” hesabında yazıb:

“Hörmətli qardaşım İlham Əliyev, Ermənistanın təxribatı nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik. Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”, – Baş nazir qeyd edib.

Bənzər xəbərlər