featured-image-9187

Sabah ilin ikinci Günəş tutulması baş verəcək.

Bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.

Bildirilib ki, universitetin Astrofizika kafedrasından verilən xəbərə görə, bu, qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Hadisə 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək.

Qeyd edək ki, bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Hadisə 13:59-da başlayıb, 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.

Bənzər xəbərlər