featured-image-10569

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasının yaxınlığındakı dayanacaqda güclü partlayış baş verib.

Bu barədə Volqoqrad vilayətinin Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

İnsident nəticəsində üç yaşlı uşaq həlak olub, bir kişi yaralanıb, dörd avtomobil yanaraq yararsız hala düşüb.

Aparılan araşdırma nəticəsində avtomobillərdən birində iki asetilen balonu tapılıb. İlkin versiyaya görə, hadisəyə səbəb qazın sızması olub.

Mənbə: News.ru

Bənzər xəbərlər