featured-image-6148

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Malik ilə görüşüb.

Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin önəmi qeyd edilib. Diqqətə çatdırılıb ki, ticarət Pakistanla tərəfdaşlığın əsas istiqamətlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində işlər davam etdirilir.

Tərəflər enerji, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı barədə fikir mübadiləsi aparıblar.

Bənzər xəbərlər